Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.
Partlayışa səbəb yeraltı çəndə sızmanın baş verməsidir. Partlayışın gücündən beton örtüyü dağılıb, hasarda çatlar yaranıb.