Avtoreyd.az bildirir ki, hind ordusu korpusunun motosikletçilərdən ibarət komandası bir motosiklə 58 nəfər minmənklə yeni dünya rekorduna imza atmağa çalışıb. Hərbiçilər motosikldə 1200 metr məsafə qət ediblər.
Ginnesin rekordlar kitabının qaydalarına əsasən,liderliyə iddialı komanda qeydiyyat komissiyasına müraciət edib. Lakin motosikletçilərə rekordu təzələmələri ilə bağlı titulu verməzdən əvvəl, yenə də hər şey diqqətlə gözdən keçirilməli və tələblər yoxlanılmalıdır.
Qeyd edək ki, hazırda qüvvədə olan rekord 2013-cü ildə qeydə alınan hind ordu korpusunun 56 nəfərdən ibarət “Dəlisovlar” adlı komandasına aiddir.
Xatırladaq ki, yeni rekorda iddialı hind ordusunun motosikletçilərdən ibarət “Qasırğa” komandasının üzvlərinin Ginnessin rekordlar kitabında artıq 19 uğuru qeydə alınıb.