Avtoreyd.az bildirir ki, Rusiya tərəfinin iştirakı ilə Hindistanın Hərbi Hava Qüvvələrləri ilk dəfə olaraq Su-30MKİ təyyarəsindən, səsdən surətli BrahMos raketini buraxıb. Hindistanın Müdafiə Nazirliyi bildirir ki, sınaqlar müvəffəqiyyətlə keçib. Mərmi Benqal körfəzindəki hədəf olaraq seçilən suüstü gəmini vurub.
Raketin çəkisi 2,5 tondur, sürəti 2,8-dir, məsafədən hədəfi vurmaq uzaqlığı 400 kilometr təşkil edir. Hind hərbçiləri qeyd edir ki, Hindistan Hərbi Hava Qüvvəlləri sərəncamına belə tipli raket alan dünyada ilk hərbi hava donanmasıdır.
BrahMos raketləri, sovet istehsalı olan orta hərəkət radiuslu səsdən surətli gəmi əleyhinə “Yaqut” raketi əsasında eyni adlı Rusiya-Hindistan müştərək müəssisəsi tərəfindən yaradılıb.
http://www.youtube.com/watch?v=28f91nIVjV8