Avtoreyd.Az Gündəm Tıxacların azalması üçün təklif: Elektrik qatarları bərpa olunsun – VİDEO

Tıxacların azalması üçün təklif: Elektrik qatarları bərpa olunsun – VİDEO


Əvvəllər Bakının mərkəzindən ətraf kənd və qəsəbələrə qatarlar işləyirdi. Sonradan həmin qatarlar ləğv olundu. İndi insanlar ya avtomobil, yada avtobuslarla mərkəzə gəlirlər. Bu da istər-istəməz paytaxtda nəqliyyat sıxlığı yaradır. Bu sıxlığı aradan qaldırmaq üçün elektrik qatarlarının bərpası təklif edilir.

Bir zamanlar şəhərin mərkəzində Bakı ətrafı kənd və qəsəbələrə hərəkət edən, lakin sonradan ləğv olunan elektrik qatarları ilə bağlı yeni təkliflər var. Millət vəkili Çingiz Qənizadə elektrik qatarlarının yenidən bərpa edilməsinin mümkünlüyünü dilə gətirib.

Millət vəkilinin sözlərinə görə, elektrik qatarlarının yenidən bərpa edilməsi paytaxtda nəqliyyat sıxlığının azaldılması üçün önəmli addımlardan biri olardı.

İnsanların elektrik qatarları ilə gediş-gəlişini təmin etmək üçün onların müasir tələblərə cavab verməsi lazımdır. Əks halda vətəndaşların qatardan istifadə etməsi sual altında qalacaq. Çingiz Qənizadə deyir ki, təhlükəsizlik və iqtisadi cəhətdən səmərəli olduğundan bu nəqliyyat növünün şəbəkəsi genişləndirməli, bu sahəyə subsidiyalar ayrılmalıdır.

Millət vəkili təklifini artıq parlamentdə səsləndirib.

Related Post

Lökbatan-Qızıldaş yolunun tikintisinə 7,9 milyon manat ayırılıbLökbatan-Qızıldaş yolunun tikintisinə 7,9 milyon manat ayırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən, 46 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil