Avtoreyd.Az Avtoxəbər “Tüklü” Fiat və ya italyansayağı tüninq (Video)

“Tüklü” Fiat və ya italyansayağı tüninq (Video)


Avtoreyd.az bildirir ki, dünyada ən “tüklü” avtomobil yaradan stilist Mariya Lüçiya Munyo Ginnessin rekordları kitabına düşüb. 47 yaşlı italiyalı xanım klassik yığcam Fiat 500 avtomobilini insan saçlarıyla bəzəyib.

Xanım Munyo 2010-cu ildəki şəxsi rekordunü təzələyib. Belə ki, o zaman təqdim etdiyi avtomobili 100 kilo saçla örtən italiyalı Mariya Lüçiya, bu dəfə öz assistenti Valentino Stassanoyla birgə Fiata daha 20 kiloqram saç əlavə edib.

Avtomobilin müasirləşdirməsi 150 saata qədər vaxt aparıb. Hazırda 80 min avro dəyərində qiymətləndirilən qeyri-adi Fiat 500-ün müəllifləri, bildiriblər ki, onların maşını “sülh və azadlığı” tərənnüm edir.

Avtomobil üçün saçlar xüsusi sifariş üzrə Hindistandan gətirilib. Mariya Lüçiya Munyonun sözlərinə görə, onlar avropalıların saçından fərqli olaraq daha möhkəmdirlər. “Tüklü” avtomobilin yaradılması ideyası italiyalı xanımın dostuyla, onda heç vaxt belə maşının alınmayacağı ilə bağlı mübahisədən sonra yaranıb.

“Tüklü” Fiat 500 avtomobilinin sahibəsi etiraf edir ki, qeyri-adi maşın insanlarda müxtəlif reaksiyaya səbəb olur. Qadın tez-tez neqativ münasibətlə üzləşməli olur, lakin bu, Mariyanı bu heç də narahat  etmir. O, hər gün öz “şah əsərindən” istifadə etməyə davam edir.

Lakin, qadın etiraf edir ki, avtomobilin salonu və xarici görkəmi qulluğ tələb edir: xüsusi şampunlardan və fırçalardan istifadə edərək saçlar daramaq, yumaq lazım gəlir.

http://https://www.youtube.com/watch?time_continue=1&v=4-0d1HlTwQw

Related Post

Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)

Avtoreyd.az  bildirir ki, isveçli Viktor Yonson 1960-cı il istehsalı olan azlitrajlı Volvo PV544 avtomobilini, tank tipli zirehli maşının dizel mühərrikiylə təchiz edib. Bunun üçün o, demək olar ki, şassini altı

Avtomobilin nömrəsini parça ilə bağlayaraq Bakı yollarında belə şütüyür – VİDEOAvtomobilin nömrəsini parça ilə bağlayaraq Bakı yollarında belə şütüyür – VİDEO

Dövlət qeydiyyat nişanı parça ilə bağlanan avtomobil Bakı yollarında şütüyür. “Xəzər Xəbər”in əməkdaşının çəkdiyi görüntülər iyunun 25-i, saat 14:56 radələrində Heydər Əliyev prospektində lentə alınıb. AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına görə,bildirir ki, aydın