Avtoreyd.Az Hadisə Dövlət Agentliyinin əməkdaşlarının keçirdiyi qəzada ölən və yaralananların adı məlum olub

Dövlət Agentliyinin əməkdaşlarının keçirdiyi qəzada ölən və yaralananların adı məlum olub


Ağdaşda avtomobil qəzası zamanı ölən və yaralananların adı məlum olub.

AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, 90-KO-511 dövlət qeyddiyyat nışanlı “Hyundai Tucson” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişinlərdən biri – Bakı şəhəri, Nərimanov rayon sakini, 1978-ci il təvəllüdlü Ruhiyə Əhməd qızı Məmmədova hadisə yerində ölüb.

Avtomobilin sürücüsü, Bakı şəhəri, Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Seymur Firuddin oğlu İbrahimov və digər sərnişinlər –  Bakı şəhəri, Yasamal rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Qüvvətəli oğlu Şirinov və Abşeron rayonu, Xırdalan şəhər sakini, 1972-ci il təvəllüdlü Qətibə Zəfər qızı Yaqubova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisinin müalicəsi hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, Q.Yaqubovanın müalicəsi isə Gəncə şəhər Beynəlxalq Xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəzaya düşənlər Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin ekspertləridir.

Faktla bağlı araşdırma aparılır.

 

Related Post

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıbMingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, “Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb. Qəza zamanı “VAZ-2107” markalı

Lada avtomobilinin sürücüsü piyada keçidindən əvvəl sırtıqcasına maşınların arasından keçmək istəyib(Video)Lada avtomobilinin sürücüsü piyada keçidindən əvvəl sırtıqcasına maşınların arasından keçmək istəyib(Video)

AvtoReyd.Az xəbərinə görə,hadisə Qazaxıstanın Atırau şəhərində qeydə alınıb. Lada avtomobili sürücüsü həyasızcasına dörd yol ayrıcısında özünü hgammıdan ağıllı sayaraq arasından keçmək istəyərək qəza törədib. Göründüyü kimi Lada avtomobilinin sürücüsü  iki avtomobilin