Avtoreyd.Az Dörd çarx Gürcüstan elektrik avtomobillərinin istehsalına başlayacaq

Gürcüstan elektrik avtomobillərinin istehsalına başlayacaq


Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərinin istehsalına başlanılması planlaşdırılır.

AvtoReyd.Az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosu məlumat yayıb.

Qeyd edilir ki, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobilləri yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.

Related Post

Sürücülərin nəzərinə:Bu ərazilərdə diqqətli olunSürücülərin nəzərinə:Bu ərazilərdə diqqətli olun

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə montaj işləri aparılır. Bundan başqa sözügedən