Avtoreyd.Az Avtoxəbər Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)

Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)


Avtoreyd.az  bildirir ki, isveçli Viktor Yonson 1960-cı il istehsalı olan azlitrajlı Volvo PV544 avtomobilini, tank tipli zirehli maşının dizel mühərrikiylə təchiz edib. Bunun üçün o, demək olar ki, şassini altı metrə qədər dartaraq, ona General Motors-un ağır pikapından olan asmanı yerləşdirib.

Mühərrik yəni 38,8-litrlik V12-in dizel motoru körpüsalınmasında istifadə edilən tank tipli zirehli Brobandvagn 971-ə məxsusdur. Daha əvvəllər belə motor T-55 tankına yerləşdirilirdi. Aqreqatın çəkisi bir tona yaxındır.

Öncəki 66 at gücünə bərabər 1,6-litrlik mühərriklə müqayisədə yenisinin gücü 520 at gücünə bərabərdir.

Related Post