Avtoreyd.az bildirir ki, Macarıstanda Udvar qəsəbəsi yaxınlığında sürücülər qeyri-adi mənzərənin şahidi olublar. Yolu qaçaraq keçən böyük vəhşi maral sürüsü avtomobil sahiblərini dayanmağa və heyrətlə, sonsuz görünən axını müşahidə etməyə məcbur edib.
Marallar o qədər çox olub ki, sürücülər bir müddət gözləməli olublar.