Avtoreyd.az bildirir ki, Böyük Britaniyada avtomobil sürücüsünü qəsdən motosikletə çırpıldığı üçün həbs ediblər. 63 yaşlı Mario Bove gənc motosikletçi və onun xanım sərnişini ilə yolu bölüşdürə bilməyib. Qısa sürən söz savaşından sonra motosikletçi yoluna davam edib. Elə bu zaman təhqir edilmiş pensioner ondan hayıfını çıxmaq qərarına gəlib. O, öz Mercedesində motosikletçiyə çataraq, avtomobilini texnikanın arxa hissəsinə çırpıb. Daha sonra az qala digər maşınla toqquşmadan qəza yerindən qaçıb.
Polis onu toqquşmadan sonra hadisə yerində düşən avtomobilinin nömrəsi vasitəsi ilə tapıb. Istintaq müddəti zamanı 63 yaşlı Mario Bove sürücülük vəsiqəsindən məhrum edilsə də, iki həftə sonra yenidən öz avtomobilinin sükan arxasında yaxalanıb.
Nəticədə, məhkəmə 63 yaşlı avtomobil sürücüsünü təhlükəli idarə etmədə, hücumda və bədən xəsarətlərinin yetirilməsində ittiham edərək, bir illik həbs edib. Bundan başqa, Mario Bove 2 il 6 aylığa sürücülük hüququndan məhrum edilib. Yenidən sürücülük lisenziyası əldə etmək üçün o, genişləndirilmiş şəkildə yoxlamadan keçməli olacaq.