Avtoreyd.az bildirir ki, sosial şəbəkədə Mercedes-Benz Gelandewagen yolsuzluq avtomobilini idarə edən dördyaşlı oğlan uşağının videosu yayılıb.
Avtomobilin salonundan çəkilmiş videodan görünür ki, uşaq qadın sürücünün dizi üstə oturub. Sükanı əlində saxlamağa isə ona demək olar ki, heç kim kömək etmir. Bununla belə, maşın kifayət qədər yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkət edir və kəskin şəkildə zolaqdan zolağa keçir.