Avtoreyd.az bildirir ki, rəsmən dekabrın əvvəllərində tamaşaçılara təqdim ediləcək yolsuzluq avtomobili Lamborghini Urus-un videosu dərc edilib.
Şirkət nümayəndələrinin fikrincə, krossover brendin ən sərfəli modeli olacaq. Avtomobil 650 at gücünə bərabər səkkiz silindirli və çalışma həcmi dörd litr olan Audi mühərriklə təchiz edilib. Avtomobilin istehsalçıları bildiriblər ki, “Urus” keyfiyyətin yeni standartları deməkdir və özünə görə ilk superidman krossoveridir.
Qeyd edək ki, əsası 1963-cü ildə qoyulan Automobili Lamborghini şirkətinin qərargahı İtaliyanın Sant-Aqata-Bolonyez şəhərində yerləşir.