Avtoreyd.az bildirir ki, İngiltərənin “Norviç” futbol klubunun azarkeşi 19-cu turunun çempionat matçı zamanı “Preston Nort End”ə qarşı keçirilən oyunda ehtiyat hakimi əvəz edib.
Matçın sonunda arbitrlərindən biri travma alıb və onun yerini dördüncü hakim tutub, hansını ki, əvəz edən tapılmayıb. Görüşün baş hakimi Tim Robinson futbolçuları meydançadan aparıb və oyunu dayandırmağa hazırlaşıb. Lakin “Norviç” azarkeşlərindən biri özünü ehtiyat arbitri kimi əvəz etməyi təklif edib.
Baş hakimin razılığı ilə azarkeş dördüncü hakimin yerini tutub. Cins şalvar və gödəkcədə o, on dəqiqədən artıq bir vaxtda öhdəsinə götürdüyü vəzifəni yerinə yetirib. Bu müddət ərzində azarkeş, əvəzetməni elan edib və əlavə edilmiş 10 dəqiqə vaxtı göstərib.
Görüş 1:1 hesab I ilə başa çatıb.