Avtoreyd.Az Gündəm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİ

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİ


Bir neçə gün bundan əvvəl xəbər yayılmışdı ki, respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Enter.News-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Adları çəkilən şəxslər antiradarların satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Bu gün isə xəbərdə adı keçən Zaur İbrahimov və Samir Doroşenko AvtoReyd.Az-a video müraciət ediblər. Onlar Daxili İşlər Nazirliyinin yaydığı bu xəbəri təkzib ediblər.

Related Post