Avtoreyd.Az Avtoxəbər NASA titan ərintisindən əbədi şinlər hazırlayıb (Video)

NASA titan ərintisindən əbədi şinlər hazırlayıb (Video)


Avtoreyd.az bildirir ki, NASA alimləri superelastik şin hazırlayıblar.

Şinləri deşmək mümkün deyil, onlar ən böyük çəkiyə belə davamlıdır.

Zireh kimi şinlər, həmçinin nitinol kimi tanınan, titan ərintisindən hörülüb.

Onlardan Marsda gəzən aparatlarda istifadə ediləcək. Ancaq layihə üzərində çalışan komanda əmindir ki, bu yenilik ənənəvi pnevmatik şinləri də əvəz edə bilər.

Xatırladaq ki, nitinol 10 faizlik deformasiyadan sonra tamamilə bərpa oluna bilir.

Belə şinlər minimal qulluq tələb edir, amma illərlə xidmət göstərə bilər.

Qeyd edək ki, mütəxəssislər yeni şinləri artıq adi maşınlarda da sınaqdan keçirirlər. Aydındır ki, titan ərintisindən hazırlanan şin adi rezin təkərdən bir qədər baha başa gələcək. Digər tərəfdən isə ondan daha uzun müddət istifadə etmək olacaq.

Related Post

Alman turistlərin qaçqınlara bağışladığı maşınlar belə satılır – VİDEOAlman turistlərin qaçqınlara bağışladığı maşınlar belə satılır – VİDEO

Bakıda keçirilən “Eurovision 2012” yarışmasından sonra alman turistlərin məcburi köçkünlərə hədiyyə etdikləri avtomobillər satılır. Binəqədi rayon ərazisindəki boş massivlərin birində illərdir saxlanmış həmin maşınlar qaçqınlara verilməyib. Bu avtomobillər müxtəlif qiymətlərdə