Avtoreyd.Az Dörd çarx Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEO

Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEO


Dayanacaqların bir-birinə yaxın qoyulması sürücülər ilə sərnişinlər arasında mübahisəyə səbəb olur. Sürücülər avtobusu hansı dayanacaqda saxlayacaqlarına qərar verə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, məsələn, Sumqayıtın Babək küçəsində iki dayanacaq arasında cəmi 15-20 metr məsafə var.

Yanaşı dayanacaqlar sərnişinlər üçün də problemə çevrilib. Onlar sürücülərin avtobusu çox vaxt yalnız bir dayanacaqda saxladıqlarını deyirlər.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən aldığımız məlumata görə, şəhər ərazisində yeni dayanacaqlar quraşdırılır. Belə olan halda köhnə dayanacaqlar yeniləri ilə əvəz olunur. Dayanacaqların bir-birinə yaxın yerləşməsindən isə idarənin xəbəri var. Yaxın günlərdə həmin dayanacaqlardan biri götürüləcək.

Related Post

“28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb“28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını