Avtoreyd.Az Dörd çarx Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEO

Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEO


Dayanacaqların bir-birinə yaxın qoyulması sürücülər ilə sərnişinlər arasında mübahisəyə səbəb olur. Sürücülər avtobusu hansı dayanacaqda saxlayacaqlarına qərar verə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, məsələn, Sumqayıtın Babək küçəsində iki dayanacaq arasında cəmi 15-20 metr məsafə var.

Yanaşı dayanacaqlar sərnişinlər üçün də problemə çevrilib. Onlar sürücülərin avtobusu çox vaxt yalnız bir dayanacaqda saxladıqlarını deyirlər.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən aldığımız məlumata görə, şəhər ərazisində yeni dayanacaqlar quraşdırılır. Belə olan halda köhnə dayanacaqlar yeniləri ilə əvəz olunur. Dayanacaqların bir-birinə yaxın yerləşməsindən isə idarənin xəbəri var. Yaxın günlərdə həmin dayanacaqlardan biri götürüləcək.

Related Post

Prospektin köməkçi yolunda təmir-tikinti işləri aparılır – VİDEO / FOTOProspektin köməkçi yolunda təmir-tikinti işləri aparılır – VİDEO / FOTO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan