Avtoreyd.Az Maraqlı Sovet avtomobillərindən ibarət zəngin kolleksiyanın sahibi (Video)

Sovet avtomobillərindən ibarət zəngin kolleksiyanın sahibi (Video)


Avtoreyd.az bildirir ki, Kalijan Tursunbayev SSRİ dövrünə aid avtomobillərin bərpası ilə məşğuldur. Onun sayəsində 10 il ərzində otuzdan artıq maşın restavrasiya olunub.

Alma-Atıdan olan Kalijan Tursunbayev – qeyri-adi kolleksiyaçıdır. Onun sevimli məşğuliyyəti, sovet avtomobillərinin bərpasıdır. On il ərzində Kalijan, qardaşları və qardaşı oğllanlarıyla birlikdə 30-dan çox nadir sovet avtomobilini əvvəlki işlək halına gətirib. Maşın işıqlarının xüsusiyyətləri və ya sovet avtomobil sənayesinin müxtəlif modellərinin kuzovunun ştamplanmasının fərqi haqqında o, saatlarla danışa bilər.

“Bir avtomobili yığmaq üçün ehtiyat hissələri lazım gəldikdə, bəzən həmin ildə buraxılan eyni markadan olan üç-dörd avtomobili lazımdır”, – maşın pərəstişkarı Kalijan belə deyir.

Artıq bərpa edilmiş avtomobillər arasında unikal nüsxələr də var. Məsələn, ZİS kimi. Bu maşınlardan cəmi iki mindən bir az çox buraxılıb. Mərkəzi Asiyanın sovet respublikalarında belə limuzin yalnız bir insanda olub — Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibində.

Kolleksiyaçı etiraf edir ki, həmin avtomobil üçün ehtiyat hissələri tapmaq qeyri-mümkündür.

Tursunbayevin avtomobilləri satılmır və kirayə verilmir. Özünün də qürurla dediyi kimi, Mərkəzi Asiyada onun təcrübəsini təkrarlamaq artıq çətin ki, mümkün olsun: bütün dəyəri az ya çox olan sovet avtomobilləri artıq onun maşın kolleksiyasına daxildir.

Related Post