Avtoreyd.Az Maraqlı Dağdan tullandılar və düz, uçan təyyarəyə düşdülər (Video)

Dağdan tullandılar və düz, uçan təyyarəyə düşdülər (Video)


Avtoreyd.az bildirir ki, Soul Flyers komandasından olan fransız ekstremalları Fred Fyuqen və Vins Reffet İsveçrədəki Yunqrfrau dağından, xüsusi qanadlı kostyumda səmadan yerə tullanıblar.

4000 metr hündürlükdən tullandıqdan sonra, planlaşdırılan uçuşu həyata keçirərkən, onlar havada hərəkət edən yüngül motorlu təyyarənin açıq qapısından içəri daxil olmağı bacarıblar.

Fransız ekstremalları saatda təxminən 140 km sürətlə hərəkət edən təyyarənin salonuna daxil olublar. Təyyarənin qapısı çalışmaqda olan pərdən cəmi bir neçə metr aralıda olub.

Fred Fuqen və Vins Reffet,  hava axınında uçuşu planlaşdırmağa imkan verən xüsusi kostyumlarda səmada uçan peşəkar idmançılardır.

İdmançıların sözlərinə görə, fəndi yerinə yetirməzdən əvvəl, onlar İspaniyada yüz belə məşq uçuşu həyata keçiriblər. Bu dəfə isə fəndi reallaşdırmağa onlara  80 saniyə lazım olub.

Related Post

Sərnişinlərdən qalan yeməyi yediyi üçün stüardessa işdən qovulub (Video)Sərnişinlərdən qalan yeməyi yediyi üçün stüardessa işdən qovulub (Video)

Avtoreyd.az bildirir ki,Çinin “Urumqi Air” aviaşirkətinin rəhbərliyi sinilərdə sərnişinlərdən qalan artıq yeməyi yeyən stüardessanı, bu prosesi əks edən video internetdən yayıldıqdan sonra, işdən kənarlaşdırıb. Sərnişinlərdən biri tərəfindən çəkilən videonu izləyən insanlar,

Kəlbəcər sakini tullantı metallardan velosiped hazırlayıb – 1000 manata təklif edir – VİDEOKəlbəcər sakini tullantı metallardan velosiped hazırlayıb – 1000 manata təklif edir – VİDEO

Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev lazımsız dəmir borulardan maraqlı minik vasitəsi hazırlayıb. Xezerxeber.az-ın məlumatına görə,isifadə edilməyən boruları xüsusi alətlərlə əyib, əvvəlcə velosipedin 8 güşəli təkərlərini hazırlayıb. Daha sonra minik