Avtoreyd.az bildirir ki, Formula E elektrik avtomobillərinin yarışı federasiyası planetdə iqlim dəyişikliyinə görə nadir heyvanların yox olması problemlərinə diqqətin cəlb edilməsi məqsədi ilə hepardla (gillik pişiyi) bolidin yarışını təşkil edib.
Bolidin sükanı arxasında Techeetah komandasının üzvü fransalı yarışmaçı Jan-Erik Vern olub. Yırtıcı startdan başlayaraq sürətlə hərəkət etsə də, nəticədə yenə də maşın ona çata bilib.
Orijinal yarış Afrikanın Cənub hissəsində Qərb burnundakı aerodromun uçuş-enmə zolağında baş tutub. Təşkilatçıların bu işə yırtıcını necə “razı salmaları” haqda isə məlumat yoxdur.