Avtoreyd.Az Avtoxəbər Kanadada istənilən avtomobili pilotsuz nəqliyyat vasitəsinə çevirən sistem hazırlanıb (Video)

Kanadada istənilən avtomobili pilotsuz nəqliyyat vasitəsinə çevirən sistem hazırlanıb (Video)


Avtoreyd.az bildirir ki, Kanadanın X-Matik startapı istənilən avtomobili pilotsuz nəqliyyat vasitəsinə çevirməyi bacaran LaneCruise adlı sistem yaratdığını elan edib.

Yeni sistemə prosessor, kameralar və sükan üçün qurğular, həmçinin qaz və əyləc pedalları daxildir. Sistemin bütün elementləri avtomobildə mövcud olan idarəetmə elementləri üzərində qurulur. Məsələn, arxa tərəfi göstərən güzgünün altında yerləşən yolu izləyən kamera, məlumatları prosessora ötürür. Daxil olan informasiyanın emalına cavabdeh olan prosessor sürücünün oturacağının altında quraşdırılır.

Qeyd olunur ki, kamera vasitəsi ilə LaneCruise sistemi yol nişanlarını, işarələri və işıqforları, həmçinin piyada və nəqliyyat vasitələrini müəyyən edə bilir.

Lakin, sistemin bir sıra çatışmazlıqları da var. Məsələn, LaneCruise naviqator rejimində və ya nişan olmayan yollarda çalışa bilməyəcək. X-Matik-dən bildiriblər ki, hələlik LaneCruise özünüidarəetmənin yalnız 2-3 səviyyəsini təmin etməyə qadirdir.

İstehsalçı artıq növbəti ilin əvvələrindən LaneCruise sistemini sərnişinlərin iştirakı ilə yoxlamaq niyyətindədir. Sistemin satışı 2019-cu ilin yazına nəzərdə tutulub. Yenilik 1500-2000 dollar həcmində dəyərləndiriləcək.

Related Post