Avtoreyd.az bildirir ki, Ohayo ştatının, Riversayd şəhərinin polis zabiti, saxlanılan şəxsin əvəzinə təsadüfən elektroşokerlə öz həmkarını zərərsizləşdirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məişət zorakılığı hadisəsi ilə bağlı çağırış yerinə gəliblər. Şübhəli bilinən 22 yaşlı Kristofer Makklinton adlı amerikalı avtomobildən enməkdən və şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edib.
Bu zaman polis əməkdaşları onu güclə maşından çıxartmalı olublar. Kristofer Makklinton müqavimət göstərdikdə, polislərdən biri elktroşokeri işə salıb. Bu vaxt, eyni anda həm 22 yaşlı amerikalı, həm də polis zabiti Makklinton zərbə alıb. Nəticədə, zabit ağrıdan qışqıraraq yola yıxılıb.
“Bağışla,Nik”,-hadisədə gunahkar olan polis həmkarından belə üzr istəyib. Polis hələ bir müddət ayağa qalxa bilməyib. Sonra onu xəstəxanaya yollasalar da, lakin həkimlər zabitin heç bir ciddi xəsarət almadığı bildirilib.