Cəlilabad şəhərində piyadavurma hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, minik avtomobili 1962-ci il təvəllüdlü Şorbaçı kənd sakini Aslanov Tofiq Yadulla oğlunu vurub.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, Cərahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.