Avtoreyd.Az Maraqlı İsveç qırıcısının imkanları (Video)

İsveç qırıcısının imkanları (Video)


Avtoreyd.az bildirir ki, İsveçin aviatikinti şirkəti “Saab AB” pilotun dəbilqəsinə bərkidilən kamerayla çəkilən JAS 39C Gripen qırıcısının uçuşundan olan videonu dərc edib.

Qırıcı təyyarəni “Saab”ın pilotu André Brännström idarə edib. O, uçuş və enməni nümayiş edib, həmçinin ən yüksək pilotaja xas bir sıra fəndlər yerinə yetirib.

Qeyd edək ki, JAS 39 Gripen dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir. Bu tip təyyarələr 1997-ci ildən İsveçin Hərbi Hava Qüvvələrlərində, həmçinin Braziliyada, Çexiyada, Macarıstanda, CAR-da və Tailandda istismar edilir. JAS 39C birnəfərlik kabinası, NATO standartlarına uyğun gəlməsi və uçuş zamanı havada əlavə yanacaq doldurma imkanı ilə fərqlənir.

 

Related Post