Avtoreyd.az bildirir ki, Rusiyanın “Tümen Legionu” və “Yuqra” uşaq xokkey klubları arasında baş tutan matçda dava düşüb.
Xokkeyçilər görüşün üçüncü raundunda əllərində oyun alətləri bir birinə qarşı çıxıblar. İş o yerə çatıb ki, hətta şərhçi belə baş verənlərə biganə qala bilməyərək, emosional şəkildə reaksiya verib.
“Ural çağırışı-2017” yarışında komandaların görüşü “Tümen Legionu”nun qələbəsiylə 5:3 hesabı ilə başa çatıb.