Avtoreyd.Az Hadisə Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb (Foto)

Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb (Foto)


Gəncədə avtomobil qəzasında ağır bədən xəsarətləri alan 56 yaşlı kişi xəstəxanada ölüb.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, bu ilin oktyabrın 27-də şəhərin Atatürk prospektində “VAZ 21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır bədən xəsarətləri alan, “VAZ”da olan 1961-ci il təvəllüdlü Vidadi Hümbətov bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəzada avtomobildə olan V. Hümbətovun oğlu, 2003-cü il təvəllüdlü Ümid Hümbətov də bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı Ümidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Related Post