Avtoreyd.Az Avtoxəbər Çində pilotsuz avtobuslar xəttə buraxılıb (Video)

Çində pilotsuz avtobuslar xəttə buraxılıb (Video)


Avtoreyd.az bildirir ki, Çinin Quandun əyalətinin Şençjen şəhərində hələlik sınaq müddətinə özü özünə idarə olunan dörd avtobus istismara verilib.

19 sərnişinin daşınmasına hesablanmış Alphaba avtobusları avtomatik rejimdə, üç dayanacaq arası 1,2 kilometrlik marşrut xətti üzrə fəaliyyət göstərir.

Onlar lidar və infra-qırmızı tənzimləyicilərlə, kameralarla, maşın görmə sistemi və GPS-antennası ilə təchiz edilib. Avtobuslar piyadalarla, avtomobillərlə və digər maneələrlə toqquşmadan avtomatik olaraq yayına bilir. Nəqliyyat vasitələri bundan başqa, sürəti artıra və əyləci basa, işıqforun siqnallarını ayırd edə, həmçinin təhlükəsiz şəkildə bir sıradan digərinə keçə, müəyyən edilən yerlərdə dayana bilirlər.

İntellektual idarəetmə sistemindən başqa avtobuslar sərnişinlərin sayının hesablanması və dispetçerləşdirmə sistemləri ilə təchiz olunub. Avtobusun maksimal sürəti saatda 40 km-dir.

Related Post