Avtoreyd.az bildirir ki, Dubay əmirliyinin polisi BƏƏ-nin dövlət bayrağının rənglərini əks edən 143 avtomobildən ibarət nəhəng təbəssümü hazırlayıb.
Bununla da dövlət idarəsi 2015-ci ildə Dubayda, Pepsi şirkətinin 121 avtomobildən ibarət əvvəlki rekordunu təzələyib.
Hazırkı nailiyyət, ölkədə geniş miqyasda qeyd edilən BƏƏ-nin yaradılmasının 46-cı ildönümünə həsr edilib.
Rekord təbəssüm Dubay polisinin general-mayoru Abdulla Xəlifə Əl-Merrinin təlimatlarına uyğun olaraq, 17 avtoklubun iştirak ilə yerinə yetirilib.