Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, sürücülər yenə də içkili halda sükan arxasına oturub real təhlükə yaradırlar.
Sürücü: “İçkili olsam uşağım rolda olar, özüm oturaram da onun yanında”.
Sürücü: “Spirtli içki qəbul etməmişəm. Spirt iyi gəlmir”.
Reyd zamanı polisin “saxla” əmrinə tabesizlik göstərən və ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinir.
Sürücü: “Düş maşından. Sən kimsənki mənim maşınımda oturursan.
Reydlər bundan sonra da davam etdiriləcək.