Avtoreyd.Az Dörd çarx Sərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEO

Sərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEO


113 saylı avtobusun sürücüsü avtobus hərəkətdə olan zaman telefonla danışıb. O həm özünü, həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atıb. İndi həmin kadrları təqdim edirik.

Sərnişin avtobusunun sürücüsü telefonla danışır. Avtobusun içərisi isə sərnişinlərlə doludur. Görüntülər bu gün sərnişinlərdən biri tərəfindən çəkilərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib.

Kadrlardan da aydın olur ki, sürücü qaydaları kobud şəkildə pozaraq, sərnişinlərin həyatını risqə atır. Bu zaman baş verə biləcək ani bir diqqətsizlik onlarla sərnişinin həyatı bahasına başa gələ bilər.

Araşdırma zamanı məlum oldu ki, kadrlar Əmircan qəsəbəsi ilə metronun Qara Qarayev stansiyası yaxınlığında sərnişin daşıyan 113 saylı marşurut avtobusunda çəkilib.

Xəttin kalon rəisi Kamil Məmmədov bildirdi ki, bu onların xəttində baş verən ilk hal deyil. Bir neçə dəfə sürücülər bu kimi qayda pozuntusuna yol verib. Bəzi sürücülər hətta buna görə işdən də çıxarılıb.

Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı daşıyıcı Agentliyə çağırılaraq anoloji halın baş verməməsi üçün xəbərdarlıq edilib.

Related Post

Sürücülərə şad xəbər! Magistral yolda yeni geri dönmə hissə yaradılıb (FOTO)Sürücülərə şad xəbər! Magistral yolda yeni geri dönmə hissə yaradılıb (FOTO)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a