Avtoreyd.Az Dörd çarx Sərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEO

Sərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEO


113 saylı avtobusun sürücüsü avtobus hərəkətdə olan zaman telefonla danışıb. O həm özünü, həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atıb. İndi həmin kadrları təqdim edirik.

Sərnişin avtobusunun sürücüsü telefonla danışır. Avtobusun içərisi isə sərnişinlərlə doludur. Görüntülər bu gün sərnişinlərdən biri tərəfindən çəkilərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib.

Kadrlardan da aydın olur ki, sürücü qaydaları kobud şəkildə pozaraq, sərnişinlərin həyatını risqə atır. Bu zaman baş verə biləcək ani bir diqqətsizlik onlarla sərnişinin həyatı bahasına başa gələ bilər.

Araşdırma zamanı məlum oldu ki, kadrlar Əmircan qəsəbəsi ilə metronun Qara Qarayev stansiyası yaxınlığında sərnişin daşıyan 113 saylı marşurut avtobusunda çəkilib.

Xəttin kalon rəisi Kamil Məmmədov bildirdi ki, bu onların xəttində baş verən ilk hal deyil. Bir neçə dəfə sürücülər bu kimi qayda pozuntusuna yol verib. Bəzi sürücülər hətta buna görə işdən də çıxarılıb.

Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı daşıyıcı Agentliyə çağırılaraq anoloji halın baş verməməsi üçün xəbərdarlıq edilib.

Related Post

Sürücülərin nəzərinə: Bu istiqamətdə hərəkət məhdudlaşdırılır – FotoSürücülərin nəzərinə: Bu istiqamətdə hərəkət məhdudlaşdırılır – Foto

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,24.02.2019 saat 22-dən 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən