Avtoreyd.az bildirir ki,Tayvanda səmada doqquz saat ərzində rekordçu göy qurşağı müşahidə olunub.
Çox gözəl təbiət hadisəsi olan göy qurşağı adətən qısa müddət ərzində görünür. Amma keçən həftə Çin mədəniyyəti universitetinin professorları və tələbələri Taybey dağlarında 9 saat davam edən göy qurşağını müşahidə ediblər.
Universitetin iki professoru kafedranın tələbələrinin köməyi ilə göy qurşağının rekordunu sənədlərlə əsaslandırıblar. Onların müşahidələrinə görə, həmçinin foto- və videomateriallara əsasən, göy qurşağını səhər saat 6:57-dən 15:55-ə qədər yəni 8 saat və 58 dəqiqə görmək mümkün olub.
Əgər bu təsdiqini taparsa, onda bu göy qurşağı 14 mart 1994-cü ildə İngiltərədə, Yorkşirdə müşahidə edilən ən uzun müddətli göy qurşağının rekordunu üstələyəcək. Ginnesin rekordlar kitabının məlumatına görə, o zaman göy qurşağını səhər saat 09:00-dan 15:00-ə qədər yəni 6 saat boyunca müşahidə etmək mümkün olub.
Ginnesin rekordlarının kitabına bununla bağlı müraciət etmək üçün hazırda kafedra bütün sübutları toplamaqla məşğuldur.