Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb.
Hadisə nəticəsində sürücü aldığı ağır kəllə-beyin travması nəticəsində elə yerindəcə dünyasını dəyişib. Onun meyitini maşından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxarıblar.
İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.