Avtoreyd.Az Maraqlı 345 min dollarlıq üçmərtəbəli evin sahibləri könüllü şəkildə “bomj” həyatı yaşayırlar (Video)

345 min dollarlıq üçmərtəbəli evin sahibləri könüllü şəkildə “bomj” həyatı yaşayırlar (Video)


Avtoreyd.az bildirir ki, Nyu-Yorkdan olan ər-arvad gündəlik məişət həyatı üçün pul xərcləməmək üçün  yad insanların evində yaşayır, onların ev heyvanlarına qulluq edirlər.

Hər bir neçə gündən bir yeni yerdə məskunlaşan Cessika və Sendi, şəhərdən işi ilə əlaqədar bir müddət uzağa gedən insanların, sevimli ev heyvanlarına baxırlar.Bunun müqabilində isə onların mənzillərində pulsuz yaşayırlar.

Böyük şirkətlərdə çalışan cütlük yaxşı məvacib alsa da, sadəcə həyatlarının üslubunu dəyişdirməyə qərar veriblər, eyni zamanda da qənaət etmək fikrinə düşüblər.

Onların bütün şəxsi əmlakı, noutbuk, mobil telefonlar və gigiyena əşyalarından ibarətdir. Sendi hər gün eyni geyimdə olur. Cessikaya isə paltarları çox vaxt baxdığı ev heyvanlarının sahibləri hədiyyə edir. Cütlük hesab edir ki, belə xırda şeylərə pulu xərcləmək mənasızdır.Bir həftəyə onlara 100 dollar artıqlaması ilə çatır.

Cessika və Sendi iki il ərzində əlli min dollardan çox pul toplayıblar.Həmçinin bahalı apartamentlərdə yaşamağa da vaxt tapıblar.

Şəxsi evlərinin olmasına baxmayaraq, Cessika və Sendi özünü köçəri adlandırır. Nyu-Yorkdan olan gənc cütlük 345 min dollara aldıqları üçmərtəbəli evi təmir etdikdən sonra turistlərə kirayə veriblər. Topladıqları pulları isə hələlik bilmirlər nəyə və hara xərcləsinlər. Amma Cessikanın ən böyük arzusu furqon almaq və bütün Amerikanı gəzməkdir.

Related Post