Avtoreyd.az bildirir ki, bu günlərdə İtaliyanın kurort şəhəri olan San-Remo su qasırğasının hücumuna məruz qalıb. Dənizin sahil yaxınlığındakı hissəsində əmələ gələn burağan, şəhərin mərkəzini cənginə alıb.
Yerli KİV-nin məlumatına görə, təbiət hadisəsi nəticəsində insan tələfatı olmasa da, üç nəfər yaralanıb. Yolunda olan hər şeyi süpürüb atan qasırğa kurort şəhərinə ciddi ziyan vurub. Evlərin damları uçub, avtomobillər, motosikllər, yol nişanları zədələnib.