Avtoreyd.az bildirir ki, Rusiyanın Voronej şəhərində supermarketlərdən birində qeyri-adi “müştəri” peyda olub. Şəhər mağazalarından birində lentə alınan bu görüntülər, sosial şəbəkədə Voronej sakinlərinin əsas zarafatına çevrilib. Belə ki, şəhər əhli, video internetdə yayıldıqdan sonra zarafatla bildirib ki, qida pis olsaydı, quş onu yeməzdi. Odur ki, supermarketə ərzaq dalınca getmək olar.
“Yoqurt üçün bundan yaxşı reklam ola bilməz”, “Satıcıların ümumiyyətlə baş verənlər vecinə olmayıb. Onlar quşun yanından keçir və heç bir əhəmiyyət vermirdilər”, “İki həftə əvvəl biz də qarğanı orada görmüşdük”, “Quş pis ərzaqı yeməz”, “Qarğa reklam ulduzuna çevrilməlidir”, – və digər zarafatlarla şəhər sakinləri baş verənlər haqda fikir bildiriblər.