Paytaxtın Füzuli küçəsinin Beşmərtəbə dairəsinə çatdığı hissəsində, bankın yaxınlığında quraşdırılan bu nişan diqqət çəkir. Sual yaranır ki, nişan kimin üçün nəzərdə tutulub: piyadalar yoxsa sürücülər üçün? Əgər sürücülər üçün quraşdırılıbsa, niyə səkinin ortasında piyadaların hərəkət etdiyi hissədə yerləşir?Diqqəti telefonda olan piyada bu nişana çırpılarsa aqibəti necə olar? Nişanı quraşdıran aidiyyatı qurumlar görəsən nəyə əsaslanaraq bu addımı atıb? Yəgin ki, yaxın zamanlarda nişanın yeri dəyişdiriləcək.