Qazax rayonunda yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Nəticədə sürücü və sərnişini xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.