Avtoreyd.az bildirir ki,Çinin “Urumqi Air” aviaşirkətinin rəhbərliyi sinilərdə sərnişinlərdən qalan artıq yeməyi yeyən stüardessanı, bu prosesi əks edən video internetdən yayıldıqdan sonra, işdən kənarlaşdırıb.
Sərnişinlərdən biri tərəfindən çəkilən videonu izləyən insanlar, aviaşirkəti göyərtədə istifadə olunmamış yeməklə bağlı prosedur qaydalarının pozulmasında ittiham edib. Qız isə öz növbəsində etiraf edib ki, videodakı şəxs məhz özüdür.
Digər internet istifadəçiləri isə stüardessanın müdafiəsinə qalxıblar. Onlar bu hərəkətdə şəxsən qorxulu heç bir şey olmadığını deyiblər. Çünki istifadə olunmamış yemək onsuz da atılır. İnsanlardan bəziləri isə videonun müəllifini tənqid edib, onu hətta dəli də adlandırıb.
“Urumqi Air” rəhbərliyi isə əməkdaşını dəstəkləməməyə qərar verilb və onun davranışını yolverilməz adlandırıb. Stüardessa dərhal işdən kənarlaşdırılıb. Hazırda həmin xanımın şirkətdə qalıb-qalmadığı məlum deyil. “Urumqi Air”dən bildiriblər ki, yaxın vaxtlarda onlara məxsus təyyarələrdə yeməyə nəzarət standartları gücləndiriləcək.