Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, qəza, Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Kamaz” markalı yük maşını magistrala çıxan inəyi vurub, bu zaman arxadan gələn “Mersedes” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Fakt araşdırılır.