Avtoreyd.az bildirir ki, Ukraynanın paytaxtı Kiyevdə, metropolitendə qeyri-adi hadisə baş verib. Şahidlərin sözlərinə görə metronun “Qırmızı xutor” stansiyasında çılpaq kişi ora-bura gəzişib.
Orta yaşlı vətəndaş vaqon və platformada tamamilə lüt şəkildə dolaşırmış. Insanlar onu saxlamağa çalışsalar da, o, hətta maşinistin kabinasına da soxulmağı bacarıb.
Özünü qəribə aparan sərnişini sonda axır ki, “zərərsizləşdirərək” həkimlərə təhvil veriblər. Çılpaq kişinin stansiyaya necə daxil olduğu isə hələ aydın deyil.