Avtoreyd.Az Avtoxəbər Azərbaycan bayrağı rəngində avtomobil – MASALLIDA QEYRİ-ADİ İXTİRA (Video)

Azərbaycan bayrağı rəngində avtomobil – MASALLIDA QEYRİ-ADİ İXTİRA (Video)


Masallı rayonunun Türkoba kənd sakini Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib.

AvtoReyd.Az APA TV-ə istinadən xəbərinə görə, üzərində Azərbaycan bayrağı təsvir olunan avtomobilin hazırlanması 18 aya başa gəlib.

Çilingər olan Oktay Rzayev bu nəqliyyat vasitəsini xarici ölkələrin istehsalı olan avtomobil hissələrindən yararlanmaqla yığıb. Yeni modelin elektrik avadanlıqları da bütünlüklə xarici modellərdə istifadə olunanların eynisidir. Hazırda maşının salon hissəsində son tamamlama işləri qalıb: “Maşının bütün detalları dəmirdəndir. Köhnə maşınların dəmir hissələrini kəsmişəm. “VAZ-2109″-dur, sport modeldə yığılıb. İçərisi alüminiumdan yığılıb. Yüngül olduğu üçün bu formada yığılıb”.

Usta Oktayın sözlərinə görə, 90-cı ildən bəri bu işlə məşğuldur. Hər dəfə qeyri-adi avtomobil düzəldir. İki qapısı olan bu avtomobili ixtiraçı “Tot-Az” adlandırıb. Maşının qapıları adi formada deyil, yuxarı-aşağı və horizontal şəkildə hərəkət etdirməklə avtomatik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litr nəzərdə tutulub: “Sürəti 220-240 ola bilər. 220 yüz faizdir. Sürət qutusunu dəyişəndən sonra 240 ola bilər”.

Usta hazırladığı avtomaşının üzərində Azərbaycan bayrağının təsvir olunmasının səbəbini də izah edib: “Bu maşını Azərbaycan bayrağı kimi rəngləmişəm. Qoy görsünlər ki, maşın Azərbaycanda düzəldilib”.

Həvəskar avtomobil konstruktoru Oktay Rzayevin sözlərinə görə, bu günə qədər xərcləri təqribən 21000 manat olub. Bundan sonrakı işləri tamamlamaq üçün avtomobilin 5-6 min manata ehtiyacı var. Bu səbəbdən maşının hazır olmasına daha bir neçə ay vaxt lazımdır. Usta avtomobil tam hazır olandan sonra onu satmayacağını deyir: “Bu maşını oğlumun ad gününə hədiyyə etmişəm”.

Bu, ustanın hazırladığı son avtomobil deyil. Oktay Rzayev hazırda daha bir avtomobil üzərində çalışır. Yenə idman üslubuna üstünlük verən çilingər yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini görüb. Yeni hazırlayacağı avtomobilin mühərriki, sürət qutusu və arxa körpüsünü xaricdən sifariş verib.

Related Post

Ukraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıbUkraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıb

Ukraynanın Poltava, Xmelnitski və Vinnitsa vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşın oğurlanıb.   Yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev