Avtoreyd.Az Dörd çarx Taksilər yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

Taksilər yalnız xüsusi duracaqlardan istifadə edə biləcək


Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Related Post

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,