Avtoreyd.Az Dörd çarx Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb

Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb


Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi,7, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Zahid Zəkulla oğlu İsmayılovdur.

Bələdiyyənin sədr müavini Könül Nəsirova “Report”a bildirib ki, şirkətin yaradılmasında məqsəd yerli özünüidarəetmə orqanının büdcə gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. Yəni, bu taksi şirkətində qəsəbə sakinləri işlə təmin olunacaqlar”.

Related Post

Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan “Haas” komandasının pilotları – Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib.AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, Bakı Bulvarında baş tutan