Avtoreyd.Az Gündəm Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 008 ədəd, yaxud 2,04 dəfə artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ötən ilin 11 ayı ərzində xaricdən Azərbaycana 4 820 ədəd avtomobil gətirildiyi halda, bu il ölkəyə 9 828 ədəd avtomobil idxal olunub.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 169 ədədi, yaxud 1,72%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 527 ədədi, yaxud 87,27%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi və ya 10,32%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 11 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 89 ədəd, yaxud 2,11 dəfə artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,03 dəfə, yaxud 4 333 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 551 ədəd, yaxud 2,19 dəfə artıb. Lakin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 15 ədəd, yaxud 18,07% azalıb.

/report

Related Post

Azərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıbAzərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək,

Məktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEOMəktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEO

Bakıda iki məktəbin ətrafındakı səkilərdə və yolun hərəkət zolağında avtomobilləri park ediblər. Nəticədə həm yolda tıxac yaranır, həm də məktəbdən çıxan şagirdlərin şəxsi avtomobillərə minidirlib-düşürdülməsində problem yaranır. Xezerxeber.az-ın məlumatına görə,