Avtoreyd.az bildirir ki, ukraynalı turist Tatyana Nazarova Avstraliyanın Brisben şəhərində olarkən, 2,5 metr uzunluğunda ilan tutub.
“Avstraliyada adi gün. Biz ilan tuturuq”, – deyən ukraynalı xanım ilanı kisəyə soxub.
Tatyana qeyd edib ki, bu günü o, ilan ovçusu olan dostuyla keçirib.
Həmişə ilanlardan qorxduğunu deyən xanım turist, bu dəfə öz qorxusuna üstün gəlməyə qərar verib və dostuyla birgə ilan ovuna çıxıb. Belə ki, həmin gün Tatyana Nazarovanın dostunu həyətlərdən birində peyda olan ilanı tutmaq üçün çağırıblar.
Ukraynalı xanımı zərif zahiri görünüşünə görə jurnalistlər “Avstraliyada ən qlamur ilan ovçusu” adlandırıblar.