Soyğunçular 20 min dollar məbləğində olan alətləri oğurlamağa çalışıb.
Avtoreyd.az bildirir ki, Çexiyanın Ostrava şəhərində inşaat anbarının əməkdaşları üç malyükləyən maşının köməyi ilə qırmızı avtomobildə olan soyğunçuların qabağını kəsib. Üç oğru alətlərlə dolu ağ furqonu açmağa çalışıb, amma içəridə kiminsə olduğunu hiss etdikdə, hadisə yerindən qaçmağa çalışıblar.
Lakin onlar uzağa qaça bilməyib: oğruların yolunu əvvəlcə bir malyükləyən maşın kəsib, sonra isə işə daha iki nəqliyyat vasitəsi qoşulub. Soyğunçulardan biri qaçmağa çalışsa da, işçilər ona çataraq, geriyə maşına qaytarıblar. Oğrular avtomobildə polisin gəlməyini gözləyiblər.
Polis oğurluqda şübhəli bilinən soyğunçulardan biri barəsində cinayət işi açıb. Oğurluqda şübhəli bilinən 28 yaşlı yerli sakini üç il müddətinə həbs cəzası gözləyir.