Avtoreyd.az bildirir ki, internetdə Çinin qəlyan istehsalı fabrikində baş verən böyük yanğından olan dəhşətli video yayılıb. Kadrlardan da görünür ki, odun içindən insan çıxır və şahidlər dərhal onu bürüyən alovu söndürməyə başlayırlar. İnsanlar buna müvəffəq olan kimi, aldığı ağır xəsarətlərə baxmayaraq, kişi ayağa durur.
“China Hookah” şirkətində bildiriblər ki, zərər çəkmiş işçi yanan binanı tərk edən ilk şəxslərdən biri olub. Lakin sonra o, mobil telefonunu içəridə unutduğunu xatırlayaraq, geriyə qayıdıb. Yanğının səbəbi araşdırılır.
Hazırda unutqan işçi reanimasiyadadır. Həkimlər onun vəziyyətinin hələlik sabit olduğunu bildiriblər.