Avtoreyd.Az Hadisə Böyük Britaniyada ürəyi döş qəfəsinin daxilində deyil, bayırda olan uşaq doğulub (Video)

Böyük Britaniyada ürəyi döş qəfəsinin daxilində deyil, bayırda olan uşaq doğulub (Video)


Avtoreyd.az bildirir ki, Böyük Britaniyanın Buluell şəhərində ürəyi bayırda olan qız uşağı doğulub.

Bu nadir anadangəlmə ürək qüsuru ürək ektopiyası adlanır. Bu zaman ürək  əzələsi döş qəfəsinin xaricində yerləşir.

Həkimlər anaya hamiləliyinin doqquzuncu həftəsində diaqnoz qoyublar. O zaman onlar qadına bildiriblər ki, dünyaya gələcək uşağın sağ qalma şansı çox az olacaq.  Çünki ürək ektopiasıyla anadan olan 90%-dən çox yeni dünyaya gələn körpələr ya ölü doğulurlar, ya da doğuşdan sonrakı gün ölürlər. Mütəxəssislər abortu etməyi məsləhət görsələr də, valideynlər buna qarşı çıxıblar.

Qız uşağı sağ-salamat doğulub, həyata gəlişinin ilk saatında da 50-dən çox həkimin iştirakı ilə körpəni üç dəfə əməliyyat ediblər.

Cərrahlar uşaq üçün yeni döş qəfəsi formalaşdıraraq, onun ürəyini ora yerləşdiriblər. Nəticədə, təzə doğulmuş körpə Böyük Britaniyada belə qüsurla sağ qalmağı bacaran ilk uşaq olub.

Related Post

Rusiyanın Tomsk şəhərində elektrik stansiyasında güclü partlayış baş verib(Video)Rusiyanın Tomsk şəhərində elektrik stansiyasında güclü partlayış baş verib(Video)

Rusiyanın Tomsk şəhərində elektrik stansiyasında güclü partlayış baş verib. AvtoReyd.Az APA-ya istinadən verdiyi xəbərə görə,  insident şəhərin Energetika küçəsində yerləşən elektrik yarımstansiyasında baş verib. Hadisə nəticəsində şəhərin 150 mindən çox sakini işıqsız