Avtoreyd.az bildirir ki, Çinin Sian şəhərində 43 yaşlı mühafizəçi Li Qouu, ticarət mərkəzinin pəncərəsindən düşən qadını tutmağa çalışarkən, özü də həlak olub.
13-cü mərtəbədən yıxılan qadını öz bədəni ilə qorumağa çalışan mühafizəçi, zərbəni yumşalda bilməyib. Nəticədə, hər ikisi həlak olub.
Yerli KİV-lər bildirir ki, keçmiş hərbçi Li Qouu, əyalət rəhbərliyi tərəfindən olümündən sonra qəhrəmanlığa görə medalı ilə mükafatlandırılacaq.
Onun himayəsində həyat yoldaşı, altı yaşlı qızı və yaşlı valideynləri olub.